Image

Məlumatverici-Göstərici Nişanları: 5.7.1 və 5.7.2 nə üçün var?

Hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv etmək üçün məlumatverici-göstərici nişanlardan istifadə olunur. Bu nişanların köməkliyi ilə biz yolların ayrı-ayrı sahələrində hərəkət rejimini müəyyənləşdirə bilirik. Həmçinin bu nişanlar bizə yol boyunca qarşımıza çıxacaq obyektlər, məntəqələrlə də bağlı məlumat verir.

Bu gün 5.7.1 və 5.7.2 məlumatverici-göstərici nişanları ilə bağlı danışacağıq.

5.7.1.    nişanı bizə kəsişən yolda birtərəfli hərəkəti -  sol istiqaməti bildirir. Yəni biz bu hərəkətin əksinə sağa gedə bilmərik. Düzünə, sola və geriyə getməksə mümkündür. Nişan birtərəfli yola daxil olan bütün yan keçidlərin qarşısında vurulmalıdır.


  Bəzi hallarda sürücülər “Birtərəfli hərəkət yoluna çıxış” – sola nişanını 4.1.3   “Sola hərəkət” nişanı ilə qarışdırırlar. Bildirək ki, “Sola hərəkət” nişanı dairə formasındadır. Bu nişanı yolayrıcına girən yerdə gördükdə ancaq sola və geriyə hərəkət mümkündür.

5.7.2.   nişanı isə bizə kəsişən yolda birtərəfli hərəkəti -  sağ istiqaməti bildirir. Biz bu nişanı gördükdə birtərəfli hərəkətin əksinə sola gedə bilmərik. Düzünə, sağa və geriyə getmək isə olar. Nişan birtərəfli yola daxil olan bütün yan keçidlərin qarşısında vurulmalıdır.

Nəzərinizə çatdıraq ki, "149 Avto Təlim" kurslarının peşəkar heyəti həm nəzəri, həm də praktiki olaraq sizi imtahanlara hazırlaşdırır. Xidmətlərimizdən yararlanaraq Siz qısa zaman ərzində sürücülük vəsiqəsi əldə edə və peşəkar sürücü ola bilərsiniz.

 

Müəllif: Mehman Hümbətov

Sualınız var? Bizə Yazın

Operator

Operator

online

Operator

Bakı filialı

online

Operator

Sumqayıt filialı

online

Operator

Naxçıvan filialı

online

Operator

Gəncə filialı

online

Operator

Lənkəran filialı

online

Operator

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Bakı filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Sumqayıt filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Naxçıvan filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Gəncə filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Lənkəran filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00