Image

Avtomobili park etməyi bizimlə öyrənin

Parkinq. Yeni sürücülər üçün ən qorxulu məsələlərdən biri parkinqdir. Bir qayda olaraq, avtomobili düzgün parklamağı öyrənmək müəyyən vaxt tələb edir. Hətta təcrübəli sürücülərin belə, parkinqlə bağlı çətinlikləri olur, yeni sürücülərdən isə danışmağa dəyməz. Əlbəttə, avtomobil məktəbində sizə parkinqlə bağlı bütün əsas qaydaları və üsulları öyrədiblər, amma parkinqin uğurla həyata keçirilməsi avtomobilinizin qabaritlərini necə hiss etməyinizdən asılıdır. Yaxşı olar ki, parkinq əməliyyatını öyrənmək üçün bir neçə dirəkdən istifadə etməklə (onlar qabaqdakı və arxadakı avtomobillərin rolunu oynayır) xüsusi meydançada məşq edəsiniz. Qabaqdakı və arxadakı avtomobillə sizin avtomobil arasında məsafə sizin avtomobilin uzunluğunun iki mislinə bərabər olmalıdır. Bir daha xatırladaq ki, avtomobilinizin qabaritlərini hiss etməyiniz olduqca önəmlidir. Avtomobilinizi parklayarkən ətrafdakıları da unutmayın. Öncə əmin olun ki, sizin avtomobil parklanmış digər avtomobillərə mane olmayacaq və yalnız bundan sonra parkinq əməliyyatına başlayın. Parkinqi həyata keçirərkən avtomobilinizi digər avtomobilə həddən artıq yaxın yerləşdirməyin. Yadda saxlayın ki, bir qədər sonra siz avtomobilinizi həmin yerdən çıxarmalısınız və digər avtomobillə aranızdakı məsafə çox kiçik olarsa, bunu edə bilməyəcəksiniz.

Yola çıxarkən avtomobili yoxlayın. Yolda hərəkət zamanı öncədən görülə bilməyən problemlərin baş verməməsi üçün avtomobilinizin saz vəziyyətdə olub-olmadığını mütəmadi olaraq yoxlamağa çalışın. Bunun üçün yola çıxmazdan əvvəl avtomobilinizin ətrafına dolaşın və əmin olun ki, avtomobildə hər şey qaydasındadır. Sonra kapotun altına baxın və əyləc mayesinin, şüşə yuyucusunun və soyuducu mayenin səviyyəsinə diqqət yetirin. Həm ön, həm də arxa tərəfdən avtomobilin altına nəzər salıb soyuducu mayenin axıb-axmadığını yoxlayın.

Sualınız var? Bizə Yazın

Operator

Operator

online

Operator

Bakı filialı

online

Operator

Sumqayıt filialı

online

Operator

Naxçıvan filialı

online

Operator

Gəncə filialı

online

Operator

Lənkəran filialı

online

Operator

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Bakı filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Sumqayıt filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Naxçıvan filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Gəncə filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00

Lənkəran filialı

Salam Sizə Necə Kömək Edə Bilərəm? 00.00